Qaxa güclü dolu yağıb - FOTO

Qax rayonunda hava şəraiti kəskin dəyişib.
Redaktor.az-ın məlumatına görə, rayonun İlisu kəndinə dolu yağıb.
Təxminən 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.
Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.
Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.


