Bakıda koronavirus xəstələri saxlanılıb

 19:09 24.03.2021     100

Bakıda iki nəfər aktiv koronavirus xəstəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Redaktor.az-ın məlumatına görə, DİN-dən bildirilib ki, Bakı şəhər sakinləri 36 yaşlı A.Ağayevə və 27 yaşlı H.Səmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.