Şəhid əsgər Goranboyda dəfn olunub - FOTO

Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər bu gün şəhid olub.
Redaktor.az-a məlumatına görə, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin əsgər yoldaşları iştirak ediblər. //APA


