Şuşa polisi şəhid ailələrini ziyarət edib

 16:28 26.03.2021     82

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edib, bayram münasibətilə onları təbrik ediblər.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar barədə danışılıb. Onların mərdliyi və şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyi qeyd olunub.

Şəhidlərimizin ailə üzvləri göstərilən diqqətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.