Daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb

 18:21 26.03.2021     473

Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.

Redaktor.az-ın məlumatına görə, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək. //APA