Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının PEŞƏ BAYRAMIDIR

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü tamam olur.
Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb.
Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Müdafiə Nazirliyinin Baş Qərargahının Baş İdarəsinin general-kvartirmeyster idarəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Redaktor.az saytı olaraq Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!