Azərbaycanda daha altı məktəb bağlandı - COVID-19

 12:47 29.03.2021     3146

Bu gündən Qazax rayonunda fəaliyyət göstərən altı məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Redaktor.az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra məktəblərdə koronavirus pandemiyasına görə dərslər distant təhsilə keçirilib.