Günay Yelmarqızı koronavirusa yoluxub - SON DƏQİQƏ

Azərbaycanlı aparıcı Günay Yelmarqızı koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə bildirib. O, bu gün səhər COVID-19 testinin cavabının pozitiv olduğunu öyrəndiyini deyib:
"Bir sabah "Verdiyiniz testin nəticəsi "POZİTİVDİR" mesajı ilə yuxudan oyanırsan. Və anlayırsan ki, COVID-19 adlı bəla sayəsində sən də iki həftəlik "azadlıqdan məhrumsan". Günəşə pəncərədən baxanda anlayırsan ki, dünyanın ən qiymətli neməti sağlamlıqdır. Təmiz yaz havasını ciyərlərinə çəkmək üçün qət edə biləcəyin ən uzaq məsafə eyvan olanda anlayırsan ki, dünyanın ən gözəl azadlığı da elə sağlamlıqdır. Anlayırsan ki, azadlıq həm də saatlarla ən sevdiyin şəhərin küçələrini dolasmaqdı. Günəşi görüb sevinməkdi. Yaz havasını doyunca ciyərlərinə çəkməkdir.
Və ən gözəl nemət yaşamaqdır!"