Paytaxtda bəzi küçələrdə sıxlıq müşahidə olunur

 09:37 30.03.2021     4883

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarındakı sıxlığa dair vəziyyəti açıqlayıb.

BNA-dan Redaktor.az-a verilən xəbərə görə, hazırda Qara Qarayev prospekti -“Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi - Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti - şəhər istiqamətində, Yusif Səfərov küçəsi- Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti - mərkəz istiqamətində, Sabunçu-şəhər yolu, mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. 

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.