Professor Paşa Qəlbinurun doğum günüdür - TƏBRİK

 15:31 30.03.2021     979

Deportasiya Qurbanları Cəmiyyəti görkəmli oftalmotoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinuru doğum günü münasibəti ilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Cəmiyyət Azərbaycan tibb elminin inkişafında, əldə etdiyi uğurlarda xüsusi yeri və rolu olan görkəmli ziyalı, ictimai xadim Paşa Qəlbinurun hələ uzun illər elmə və cəmiyyətə töhvələr verəcəyini qeyd edib, ona bu müqəddəs fəaliyyətində uğurlar arzu edib. 

Bildirilib ki, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvü olan görkəmli ziyalı Paşa Qəbinur milli məsələlərdə daima açıq mövqeyi ilə seçilməklə yanaşı ermənilərin azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqrım aktlarına qarşı fəal mübarizəsi ilə diqqəti cəlb edib.