Vətən müharibəsində şəhid olmuş idmançıların SAYI

 17:28 30.03.2021     566

Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, onlardan 320-si şəhid olub.

Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olub.