Rusiyanın ordu generalı Xankəndinə gəlib - Qarabağda nə baş verir?

Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.
Redaktor.az-a məlumata görə, D.Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.
D.Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək:
“Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”.
O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib. //APA