Daha bir müəllim koronavirusdan vəfat edib

 10:39 31.03.2021     387

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

Redaktor.az-ın məlumatına görə, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.

N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.

Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən