Sabah güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

 13:40 01.04.2021     705

ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən Redaktor.az-a verilən məlumata görə, aprelin 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 3-ü axşamadək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, aprelin 2-dən 4-dək bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Vumart və Güvən reklamı Vumart Güvən