Azərbaycanda fişinq hücumlarının sayı artıb

 21:43 01.04.2021     864

Bu ilin mart ayında Azərbaycanın ".az" domenində olan saytların hər 141-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

Redaktor.az bildirir ki, ümumilikdə, Azərbaycan saytlarının 262-si fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,71%-nı təşkil edir. Bu göstərici üzrə son mart ayı ərzində fevral ayı ilə müqayisədə 52,3% artım müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 36,9 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 23, Rusiyada – 34, Belarusda – 507, Latviyada – 6, Litvada – 64, Estoniyada – 199, Qazaxıstanda – 682, Özbəkistanda – 236, Tacikistanda – 172, Qırğızıstanda – 369, Gürcüstanda – 65, Ermənistanda isə 216 sayta bir uğurlu fişinq hücumu düşür. //APA

Vumart və Güvən reklamı Vumart Güvən