DB-nın Azərbaycan üzrə yeni meneceri təyin edilib

 21:19 01.04.2021     71

Dünya Bankının (DB) Azərbaycan üzrə yeni ölkə meneceri təyin edilib.

Redaktor.az-ın məlumatına görə, bunu Dünya Bankının regional direktoru Sebastian Molineusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

S.Molineusu bildirib: “Əvvəla, bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə çox sağ olun. İcazə verin, Sizi gec də olsa Novruz bayramı münasibətilə təbrik edim. Ümid edirəm ki, bayramı ailənizlə keçirmək imkanınız olub. Bir daha qeyd etmək istəyirəm ki, yenidən burada olduğuma görə çox böyük sevinc hissi keçirirəm. Pandemiyanın baş qaldırmasından bir il keçib və xoşbəxtlikdən biz geri qayıda bildik.

Prezident Əliyev əvvəla, Sizə Azərbaycan üzrə yeni ölkə menecerimiz Sara Mayklzı təqdim etmək istəyirəm. Əlbəttə ki, Siz onu yaxşı tanıyırsınız. Sara ölkə üzrə yeni menecer olacaq. O, növbəti dörd ildə burada olacaq. Hesab edirəm ki, o, əla seçimdir, əgər belə deyə bilərəmsə. Siz bunu tezliklə görəcəksiniz. O, Azərbaycan Hökuməti və Dünya Bankı arasında əməkdaşlığı daha da təkmilləşdirmək üçün özü ilə bütün keyfiyyət və atributları gətirir”.

Söhbət zamanı Dünya Bankının regional direktoru Sebastian Molineus Azərbaycanda iqtisadi sahədə gedən proseslərin və ölkəmizlə əməkdaşlığın önəmini vurğuladı, Azərbaycan Prezidentinin islahatlar siyasətini yüksək qiymətləndirdi.

Görüşdə strateji istiqamətlərdə əlaqələrin və Dünya Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.