“Tariximizin Qan yaddaşı” adlı onlayn konfrans keçirilib - FOTO

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB), Gənclərin Töhfəsi İctimai Birliyi, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 103-cü il dönümünə həsr olunmuş “Tariximizin Qan yaddaşı” adlı onlayn konfrans keçirilib.
Redaktor.az bildirir ki, konfrans TUMİB-in sədri Çingiz Bayramovun açılış nitqi ilə başlayıb. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin digər təşkilatçısı Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Türkiyə məzunu Məhsəti Huseynova çıxış edib. Bu günün önəmini vurğulayan Məhsəti Hüseynova gəncləri Soyqırımın dünyaya çatdırılmasında fəal iştirak etməyə səsləyib.
Çıxış edən millət vəkili Ceyhun Məmmədov bildirib ki, erməni vəhşiliklərinin dünyaya çatdırılması üçün yeni əsərlərin yazılmasına, filmlərin çəkilməsinə böyük ehtiyac var.
Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və idman baş idarəsinin rəis müavini Aydın Yusifov, həmin idarənin Yasamal rayon üzrə idarə rəisi İham Səfərov, Nərimanov rayon üzrə idarə rəisi Nəcəf Novruzov çıxış ediblər.
Ağ Partiyanın sədri Tural Abbaslı, TUMİB-in idarə heyətinin üzvü, həkim Aydın Talışinskiy, Türk Dünyası Araşdırmalar Vəqifinın Azərbaycan təmsilçisi, Türkiyə məzunu, Nəriman Xanahmədov, Respublikanın əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitinin elmi işçisi, milli məsləhətçisi Zülfiyyə Vəliyeva, "Aran" qəzetinin baş redaktoru, Aran media internet xəbər portalının direktoru Şeyda Əzizova, Gənclərin Töhfəsi İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Green Start Academy”nin rəhəri Aysel Rəsulzadə və başqaları mövzuya aid maraqlı çıxışlar ediblər.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin gördüyü işlərdən bəhs ediblər. Konfrans ərzində bir neçə dəfə mövzuya aid videoçarxlar təqdim olunub.
Tədbir 2 saatdan artıq davam edib.



