"Google" Azərbaycanda populyarlığını qoruyur

 00:30 02.04.2021     445

2021-ci ilin martında Azərbaycanın axtarış sistemi bazarında 95,19 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Redaktor.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Fevral ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 0,94 faiz azalıb.

Hesabat dövründə "Yandeks.Poisk" axtarış sisteminin payı 0,75 faiz azalaraq 2,99 faiz təşkil edib.

"Yandex" axtarış sisteminin payı isə 0,07 faiz azalaraq 0,71 faizə bərabər olub.

Eyni zamanda, "Bing"in bazardakı payı 0,06 faiz artıb və 0,42 faiz təşkil edib.

Azərbaycanın axtarış sistemi bazarında 0,69 faiz digər axtarış sistemlərinin payına düşüb. //Trend.az