Mikayıl Cabbarov peyvənd olunub

 11:52 02.04.2021     525

COVID19 əleyhinə peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir.

Redaktor.az-ın məlumatına görə, bunu Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb. Nazir özünün də peyvənd olunduğunu bildirib:

"Mən də olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm".