Bərbərxana və gözəllik salonları da bağlanır - SƏRT KARANTİN / FOTO

 13:56 02.04.2021     6496

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının sürətlə artması xüsusi karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı fikirlər yaradıb.

Redaktor.az xəbər verir ki, aprelin 5-dən bərbərxana və gözəllik salonlarının fəaliyyətinin dayandırılacağı da deyilir. Ötən gündən etibarən gözəllik salonlarının rəhbərləri işçilərinə qapanacaqları barədə məlumat veriblər.

Hətta salon nümayəndələri müştərilərinə də xəbərdarlıq ismarıcları göndəriblər:

“Aprelin 5-dən etibarən salonumuz bağlanacaq, xidmətimizdən yararlanmaq istəyirsinizsə indidən yazılın”.

Aysel Hacıyeva / Redaktor.az

Açıklama yok.

Aprelin 5-dən bu müəssisələr də BAĞLANIR - AÇIQLANDI

 13:34 02.04.2021     5528

Təhsil Nazirliyinin ötən gün aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda distant təhsilə keçmə ilə bağlı qərarı məktəbdənkənar təhsil müəssisələrinə də aiddir.

Redaktor.az-a xəbər verir ki, açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib.

Qeyd edək ki, məktəbdənkənar təhsil müəssisələrinə Uşaq-Gənclər İdman Şahmat Məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzləri daxildir.