"Təmiz Şəhər" auditor seçib

 16:56 02.04.2021     76

İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC özünün və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 14 750 min manat ödəniləcək.

Xatırladaq ki, "Təmiz Şəhər" 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 9,15 milyon manatdır. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.