“Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” - Viktor Qasımov

 12:11 04.04.2021     177

“Azərbaycana koronavirus əleyhinə vaksinlərin gətirilməsi işi mərhələli şəkildə davam edir. Bu yaxınlarda Çindən daha 150 min doza yeni vaksin gətiriləcək”.

Redaktor.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov COVAX platforması çərçivəsində ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılanma mərasimində deyib.

Nazir müavini qeyd edib ki, bu gün ölkədə pandemiya ilə bağlı epidemioloji vəziyyəti idarəolunan səviyyədə saxlamaq mümkün olur: “Təbii ki, virusdan qorunmağın ən effektiv üsulu peyvənd olunmaqdır. Əhali nə qədər tez peyvənd olunsa, bu zaman kollektiv immunitet yaratmaqla bəladan müəyyən qədər xilas olunacaq”. //Report.az