Vilayət Eyvazovdan yeni kadr təyinatı

 11:04 05.04.2021     390

Şirvan Şəhər Polis Şöbəsində (ŞPŞ) yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ramil Salayev Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Qeyd edək, ki, R.Salayev bu təyinata qədər Şirvan ŞPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb. //Report