Hesablama Palatasına vətəndaş müraciətləri 2 dəfə azalıb

Ötən il Hesablama Palatasına 168 vətəndaş müraciəti daxil olub.
Redaktor.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 1,9 dəfə azdır.
O cümlədən hesabat dövründə Palataya 97 ərizə (illik müqayisədə 1,7 dəfə az), 2 şikayət (7 dəfə az) və 69 təklif (2 dəfə az) daxil olub.