Bu gündən Azərbaycanda bu sahələrdə qapanmalar BAŞLADI

 14:15 05.04.2021     2726

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri distant təhsilə keçir. 

Redaktor.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin qərarında bildirilib.

Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin  şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunub.