SƏRT KARANTİN: Bu şəxslərə güzəşt oluna bilər – AÇIQLAMA

"COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolu kütləvi şəkildə əhalimizin peyvəndlənməsindən keçir. Çox təəssüf ki, gündəlik bu infeksiyaya yoluxanların və ölənlərin sayı artmaqdadır. ÜST COVID-19 infeksiyasına qarşı həm ölkədə effektiv mübarizə tədbirlərin aparılamsına görə, həm də beynəlxalq təşəbbüslərə qoşularaq verdiyi töhfələrinə görə Azərbaycanı dünya ölkələri üçün nümunəvi olduğunu dəfələrlə qeyd edib".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
"Bu gün əhalinin sayının nisbətinə görə Azərbaycan peyvəndləmədə öncül yerlərdədir. Dövlətimiz bütün bu işlərini insanların sağlamlıqları naminə icra edir. Hər bir vətəndaşımız da başa düşməlidir ki, hamılıqla, kütləvi şəkildə peyvəndlənməyə getməliyik.
Çox təəssüf ki, peyvənd vurulmasına tərəddüdlə baxanlar da var. Belə insanlar başa düşməlidirlər ki, peyvənlənmənin alternativi yoxdur. Həm də sərt karantin rejimi tətbiq ediləcəyi halda peyvəndlənmiş şəxslər SMS icazələrindən azad oluna bilərlər. Çünki, peyvəndlənmiş insanın yoluxma riski çox aşağıdır”, - deyə millət vəkili bildirib.