Üç sahibkarlıq subyekti qeydiyyata alınmayıb

 13:07 07.04.2021     382

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Redaktor.az-a verilən məlumata görə, qeyd olunan tarixdə 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Bayramova Sona Hacı Ağa qızı

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

Abbasov Namik Bahadır oğlu

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

Məmmədov İldırım Vəli oğlu

İctimai iaşə

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.