"SMS-icazə" tətbiq ediləcəkmi? - AÇIQLAMA / VİDEO

 09:30 09.04.2021     657

Azərbaycanda koronavirusa yoluxanların sayının durmadan artması insanlar arasında təşvişi artırır. Artıq gün ərzində yoluxanların sayı 3 minə, ölənlərin sayı isə 40-a yaxınlaşır.

Redaktor.az xəbər verir ki, vəziyyətin belə davam edəcəyi ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi və "SMS-izacə" sisteminin tətbiq olunacağı ehtimalını gündəmə gətirib.

Milli Məclisin üzvü Müşfiq Məmmədli "ARB24"ə bildirib ki, heç kim karantin tədbirlərinin sərtləşdirilməsini və insanların normal fəaliyyətinin məhdudlaşdırılmasını istəmir:

"Biz özümüz buna dəstək verməklə yanaşı, həm də dövlətin tənzimləyici tədbirlərinə anlayışla yanaşmalıyıq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə test götürülən zaman qoyulan kriteriyaları pisləyib:

"Temperatur 38 dərəcədən yuxarı olmalıdır ki, test aparılsın. Bu kriteriyalar dəyişməlidir. İnsanlardan maksimum test götürülməyə çalışılmalıdır". //Baku.ws