TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

 12:58 09.04.2021     681

"TƏBİB-ə dövlət orqanlarından və özəl qurumlardan koronavirus əleyhinə peyvənd olunmaq üçün səyyar briqadaların təşkili üçün müraciətlər daxil olur".

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, bu gün də Mətbuat Şurasının binasında 50-yə yaxın jurnalistin vaksinasiyası səyyar şəkildə həyata keçirilir: "İndiyədək səyyar briqadalar vasitəsilə 1000-ə yaxın vətəndaş vaksinasiya prosesində iştirak edib". //APA