Bakıda bir sıra yollarda tıxac yaranıb - FOTO

 09:53 15.04.2021     114

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agenltiyi (BNA) məlumat yayıb.

"Sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır", - məlumatda qeyd olunub.