Məscidlərdə bayram namazlarına icazə verilə bilər - VİDEO

"Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərtilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin".
Redaktor.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Surxay Məmmədli deyib.
O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəlli olacaq:
“Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaqlar”.