Vətən müharibəsinin daha bir qazisi şəhid olub - FOTO

 23:01 15.04.2021     414

Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.

Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan 23 yaşlı Səbuhi Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı.

Qazimiz oktyabrın 30-da beyin əməliyyatı olunsa da xeyri olmayıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

2