Səidə Şəfiyeva mətbuat katibi təyin olunub

 14:26 16.04.2021     977

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.

Redaktor.az-ın məlumatına görə, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) təyin olunub.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən