Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

 15:40 16.04.2021     226

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz təşkil edib.  

Redaktor.az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin mart ayına nisbətən isə 104,8 faiz təşkil edib.

Bildirilib ki, ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoğurt, xama, kəsmik, pendir, kərə və bitki yağları, limon, portağal, naringi, kivi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, kələm, pomidor, yerkökü, çuğundur, balqabaq, kartof, soğan, şəkər və şəkər tozu, konfetlər, çay, mineral sular, limonad, araq, tütün məmulatları bahalaşıb, yumurta və xiyar isə ucuzlaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

Mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından parçalar, kəsilmiş taxtalar, sement, kərpic, paltaryuyan maşınlar, kondisionerlər, saç üçün şampunlar bahalaşıb.

Mobil telefonlar isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.