"Azərişıq" yeni elektron xidməti istifadəyə verib

 17:45 16.04.2021     307

"Azərişıq" ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmaq üçün yeni elektron xidməti istifadəyə verib.

Redaktor.az xəbər verir ki, təqdim olunan xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsinə qoşula bilərlər.

ASC-nin sədrinin müşaviri Fərrux Əmirov bildirib ki, bu gündən sözügedən xidmət vasitəsi ilə 4 minə yaxın müraciət daxil olub.

Qeyd olunub ki, artıq qurumun 19 xidməti elektronlaşdırılıb. Abunəçilərin elektrik şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan bu xidmət abunəçiyə imkan verir ki, 20 gün müddətində şəbəkəyə qoşulmaq üçün müraciət etsin.

O həmçinin əlavə ödəniş etməklə bu müddəti 10 günə qədər azalda bilər.