Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib

 10:55 17.04.2021     706

Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin idarə rəisi vəfat edib.

Redaktor.az-ın məlumatına görə, ASC-nin Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sadəddin Əhmədov dünyasını dəyişib.

O, ötən gün gecə saatlarında vəfat edib. Onun hansı səbəbdən öldüyünə dair məlumat verilməyib. 

Xatırladaq ki, S.Əhmədov 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. //Oxu.az