"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

 16:06 17.04.2021     386

Bu ilin yanvar-mart aylarında "Azərenerji" ASC 16,147 milyon ABŞ dolları dəyərində 406,249 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,5 % az və 8,4 % çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,4 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,2 % paya malik olub.