Neft mədənində tapılan yaralı kərkəs xilas edilib - VİDEO

 19:37 17.04.2021     2660

Səbail rayonunda SOCAR-ın “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin ərazisində ayağından və qanadlarından yaralanan qara kərkəs tapılıb. 

Redaktor.az xəbər verir ki, neft buruqlarının arasında köməksiz vəziyyətdə qalan quşa su və yem verilib. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən quşun “Qırmızı kitab”a daxil edilmiş qara kərkəs olduğu müəyyən edilib. Nadir quş nazirlik əməkdaşlarına təhvil verilib.