Füzulidə erməni hərbçisinin meyiti aşkarlanıb

 20:53 17.04.2021     8117

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.

Redaktor.az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, erməni hərbçisinin meyiti Füzuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib.

Meyitin şəxsiyyətini müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1543-ə çatıb. //Oxu.az