Azərbaycan Ordusu şəhid verib

 11:40 19.04.2021     427

Altı aydır, komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhid olub.

Redaktor.az-ın məlumatına görə, onun həyat yoldaşı Aydan Əbilova APA-ya bildirib ki, N. Əbilov bu gün səhər saat 7:00-da vəfat edib.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.

Allah rəhmət eləsin!