Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib

 12:31 19.04.2021     364

Bu gün bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.  

Redaktor.az-ın məlumatına görə, onların etirazına səbəb övladlarının məlumatlarının “Şagird-məzun” elektron sisteminə daxil edilməməsi səbəbindən həmin şagirdlərin buraxılış imtahanına buraxılmaması olub.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni  19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib: “Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.