BDU-nun dosenti COVID-19-dan vəfat edib - FOTO

 17:45 19.04.2021     1215

Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.

Redaktor.az xəbər verir ki, universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İsmiyev 56 yaşında dünyasını dəyişib.

Onun koronavirusdan (COVID-19) öldüyü bildirilib.

Qeyd edək ki, A.İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. //Report.az

2