Azərbaycanda yeni qadağalar tətbiq oluna bilər - VİDEO

 10:07 21.04.2021     424

"Ramazan bayramı günlərindəki ictimai nəqliyyatın istifadəsinin dayandırılması doğru addımdır".

Redaktor.az xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verilişində Türkiyənin "Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.

O əlavə edib ki, paralel olaraq iş saatları düzgün tənzimlənməli, evdən işləməyə imkanı olanlara da evlərindən işləmək şəraiti yaradılmalıdır:

"Mərhələli iş rejiminə keçilsə, bu, uyğun olar. Həmçinin zəruri olmadığı təqdirdə şəhərlərarası gediş-gəlişin məhdudlaşdırılması da uyğun addım olardı.