"28 gün müddətində hər yer bağlanmalıdır" - SƏRT KARANTİN / VİDEO

 11:53 21.04.2021     1628

“Koronavirusla mübarizənin ən effektiv yolu kütləvi qapanmalardır. 28 gün müddətində tamamilə hər yer bağlanmalı və bundan sonra mərhələli şəkildə yumşaldılmalar olmalıdır”.

Redaktor.az bildirir ki, bunu həkim Turanə Rəsulova deyib. O bildirib ki, Çindən başqa dünyanın heç bir ölkəsi bu qaydanı tətbiq edə bilməyib:

“Müxtəlif səbəblərdən biz birmənalı olaraq kütləvi qapanmaların həyata keçirilməsini məsləhət görə bilmirik. Lakin pandemiyanın qarşısını almaq üçün dövlətin, vətəndaşın gördüyü tədbirlər və peyvəndlənmə prosesi önəmlidir”.

Həkim onu da qeyd edib ki, son günlər açıq havada maskadan istifadə ilə bağlı aparılan müzakirələr düzgün yanaşma deyil.

Daha ətraflı videodan izləyin: