Azərbaycanda nazir koronavirusa yoluxub

 13:58 21.04.2021     602

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından, o, bir müddətdir karantinə alınıb. Anar Kərimov aprelin 16-dan müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk", - deyə Nazirlik açıqlayıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən