Nazir polkovnik-leytenanta yeni vəzifəyə TƏYİN ETDİ

 10:18 22.04.2021     765

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən polis polkovnik-leytenantı Yelmar Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, o, bu təyinata qədər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən