Samir Məmmədova yüksək vəzifə verildi - SON DƏQİQƏ

 12:59 22.04.2021     1111

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-nin rəhbərliyinə təyinat olub.

Redaktor.az-ın məlumatına görə, nazir Rəşad Nəbiyevin əmri ilə Samir Məmmədov müəssisənin baş direktoru vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Nazirliyin şöbə müdiri olan S.Məmmədov bu vəzifədən kənarlaşdırılmış Suat Paşayevi əvəz edib. //Trend.az