İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb

 14:59 22.04.2021     245

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi bu istiqamətdə daha bir addım ataraq “Telegram” kanalı yaradıb (@economy_az).

Redaktor.az bu barədə Nazirliyə istinadən xəbər verir.

“Azərbaycan iqtisadiyyatı” adlı kanalda İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar paylaşılır, eləcə də region və dünya iqtisadiyyatında baş verən yeniliklər işıqlandırılır. Kanalda, həmçinin, infoqrafika və videomateriallar yerləşdirilir.

Qeyd edək ki, “Telegram” kanalının rus və ingilis versiyalarının açılması da nəzərdə tutulur.

@economy_az kanalına abunə olmaq üçün “Telegram” tətbiqini yükləmək lazımdır.