Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək

 16:19 23.04.2021     188

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Redaktor.az bildirir ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək.

Layihəyə əsasən, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir və hər 5 ildən bir attestasiya ediləcək.

Attestasiya müvafiq icra hakimiyyəti orqanının (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. //Report.az