Müəllimlər koronavirusa yoluxdu - Məktəb bağlandı

 19:34 23.04.2021     378

Biləsuvar rayonunda daha bir məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Redaktor.az xəbər verir ki, rayonun Bəydili kənd orta məktəbinin altı müəllimindən götürülmüş koronavirus testinin cavabı pozitiv çıxıb.

Buna görə bu təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb və distant təhsilə keçirilib.

Qeyd edək ki, sözügedən rayonun başqa bir məktəbində də koronavirus səbəbindən distant tədris tətbiq olunur. //Qafqazinfo 

Vumart və Güvən reklamı Vumart Güvən